Qarğıdalının su və gübrə istəyi

Sulama:

Qarğıdalı taxıllar arasında quru məhsul istehsalı üçün suyu ən səmərəli istifadə edən bitkidir. Bitkinin maksimum su istifadəsi (ETm) 500-850 mm/mövsüm arasında dəyişir. Qarğıdalıda su ehtiyacını yarpaqlarda qıvrılmalar və solmalar müşahidə edilməklə təxmin etmək olur. Bitkinin sulanması aşağıda qeyd olunan vaxtlarında edilməlidir:

  1. Bitki boyu 10-15sm (4-5 yarpaqlı) olarkən, birinci kultivasiyadan 4-8 gün öncə bir dəfə sulamaq;
  2. Bitki boyu 40-60sm (8-10 yarpaqlı) olarkən, ikinci kultivasiya və dib doldurmasından 4-8 gün öncə bir dəfə sulamaq;
  3. Baş saçağı çıxdığında (baş saçağı çıxmasından 1 həftə öncə) bir dəfə sulama;
  4. Dənə süd olma vaxtına girdiyi bəlli olanda bir dəfə sulama edilir. Qarğıdalı üçün ən uyğun suvarma üsulu baraza çəkilmə üsulu ilə suvarma və ya təzyiqli suvarma sistemi ilə yağış sulama üsuludur. Silos üçün əkində sıra aralıqları sıx olduğu üçün baraza çəkilmə üsulu suvarmadan və ya damlama suvarma sistemlərindən istifadə etmək olar.

Gübrələmə:

Qarğıdalının inkişafı dönəmində, əsasən 6-cı həftədən etibarən çox sürətli inkişaf etməsi səbəbilə üst gübrələmənin digər tarla bitkilərində olduğu kimi 2-3 hissə şəklində vermək imkanı yoxdur.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]/ru-npcagro

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International