Zaqatala rayonunda 1000 hektarda fındıq bağları salınacaq

Zaqatala rayonunda yeni fındıq bağlarının salınması istiqamətində davamlı iş aparılır. 2018-ci ilin yaz mövsümündə rayon ərazisində 352 hektar, payızın ötən dövründə isə 520 hektar yeni fındıq bağları salınaraq, mövcud fındıq bağlarının ümumi sahəsi 19 min 23 hektara çatdırılıb. Bu bağların 10 min 571 hektarı barverəndir.

Bu barədə rayon icra hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, cari ilin sonunadək daha 480 hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır.

Qeyd edək ki, cari ildə rayonun fındıq bağlarından 15 min tondan çox məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 1600 tona yaxın artıb.

Ünvan: Tbilisi Prospekti 3001, Oskar Biznes Mərkəzi | Tel: +99451 311 00 55 | E-mail: [email protected]/ru-npcagro

Copyright 2019 © All rights Reserved. 

Design by Megavision International